🇦🇿 Ruhunuz şad olsun, mərd, namuslu və qeyrətli Vətən oğulları! Torpağımız azaddır — sizin qanınız, sizin igidliyiniz sayəsində! Bu gün qaldırdığınız müqəddəs üçrəngli bayraq azad edilmiş torpaqlarımız üzərində qürurla dalğalanır 🇦🇿 Biz azadlığın dəyərini sizdən öyrəndik. Torpağı düşmən tapdağından alan, alnımızdakı qaranı silən, canını Vətən uğrunda fəda edən hər bir qəhrəmanımızın qarşısında baş əyirik. Bütün Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı və uzun ömür diləyirik. Unutmayaq: torpaq o zaman Vətəndir ki, o torpaq qanla yoğrulub! Üçrəngli bayrağımız daim başımızın üstündə dalğalansın, bütün azərbaycanlıları bir amal, bir ürək, bir Vətən sevgisi ətrafında birləşdirsin! Amin ✊! 🇦🇿 @UDudaka
- 49
- 18
- 1