Azərbaycanda xarici ölkələrin təsiri altında olan xeyli insan var. Bunların bir qismi həmin ölkələrin bilərəkdən və ya bilməyərəkdən təsir aqentinə çevriliblər. Bu insanlar və onların fəaliyyətləri Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir və bu təhdid artmaqda davam edir. Bunu nəzərə alaraq Konstitusiya və müvafiq qanunvericiliyə yenidən baxılmasında və milli təhlükəsizliyə təhdid təşkil edən şəxslərin vətəndaşlığının məhkəmə qərarı ilə xitam verilməsi prosedurunun yaradılmasında fayda var. Pasportu ləğv olunandan sonra həmin keçmiş vətəndaşa birdəfəlik çıxış sənədi verilə bilər, və ya qalmaq istərsə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq olunan qaydalar onlara da tətbiq oluna bilər. Xarici təsir aqentləri kimlərdir? “Azərbaycanda şəriət dövləti qurmaq istəyənlər” “mən Azərbaycan hökumətini tanımıram mən ancaq ağanı tanıyıram deyənlər”, “mən rəisçiyəm rəis nə desə odur” deyənlər və bütün bu qəbildən olan ünsürlər. Deyəcəksiz radikal qərardır, bəli, amma çətin vaxtlarda çətin qərarlar lazım olur, kimsə Azərbaycan dövlətini aciz və zəif görməsin, bu sahədə proaktiv təbdirlər, Putin sevərlərə, Fərmandeqançılara, Rəsiçilərə Azərbaycan dövlətinin qətiyyətini və onun nəyin bahasına olursa olsun Azərbaycanın müstəqilliyini qorumağa hazır və qadir olduğunu göstərər.
- 36
- 5
- 2